Futbol üzrə dünya çempionatında Misir İranla qarşılaşıb.

Sietl stadionunda keçirilən G qrupunun III turunun matçında bərabərlik qeydə alınıb – 1:1.

Misirin heyətində 5-ci dəqiqədə Mahmud Saber fərqlənib. 14-cü dəqiqədə isə İranın bərabərlik qolunu Ramin Rezaeyan vurub.