“Neftçi” 2026-cı il yay transfer dönəmində üçüncü keçidini rəsmiləşdirib.

Qvadelupalı müdafiəçi Endryu Qravilyon ilə 2 illik müqavilə bağlanıb.

28 yaşlı futbolçu “55” nömrəli formanı geyinəcək.

Qeyd edək ki, zəngin karyeraya malik olan Qravilyon İtaliya, Fransa və Türkiyə liqalarında oynayıb. O, Qvadelupa milli komandasının heyətində 19 matça çıxıb, 2 qol vurub.