“Zirə” yeni futbolçu ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Qartallar” Azərbaycan millisinin üzvü Ayxan Hüseynovu heyətinə qatıb.

Yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu daha əvvəl Rusiyanın “Leninqradets”, “Nijni Novqorod”, “Ural”, “Olimp-Dolqoprudnu”, “Ximki” və ölkəmizdə “Turan Tovuz” klublarında çıxış edib.