AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Komitənin verdiyi qərara əsasən Misli Premyer Liqasının II turunun “Kəpəz” – “Karvan-Yevlax” oyununda qonaq komandanın heyətində 4 nömrəli futbolçu Olavale Doyeninin futbol formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edildiyinə və ilk turda verilən xəbərdarlığa baxmayaraq analoji hal yenidən təkrarlandığı üçün “Karvan-Yevlax” klubu 1500 manat cərimə edilib. Bununla yanaşı “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununda Naxçıvan təmsilçisinin heyətində 4 futbolçu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” klubuna 700 manatlıq cərimə tətbiq olunub.