İordaniya millisi ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında növbəti mərhələ şansını itirən dördüncü komanda olub.
Bu, Jamal Sellaminin baş məşqçisi olduğu kollektivin J qrupunun II turunun oyununda Əlcəzairə uduzması (1:2) ilə gerçəkləşib.
Daha əvvəl Türkiyə, Haiti və Tunisin 1/16 finala vəsiqə qazana bilmədiyi dəqiqləşib.
Xatırladaq ki, İordaniya III turda Argentina ilə üz-üzə gələcək. DÇ-2026 iyulun 19-da başa çatacaq.














