“İmişli” futbolçusu Lətif Rzayevlə yollarını ayırıb.

Bu barədə bölgə təmsilçisi məlumat yayıb.

21 yaşlı yarımmüdafiəçinin müqaviləsi ləğv olunub.

Xatırladaq ki, Lətif Rzayev 2025-ci ilin yayında “İmişli” ilə 2 illik sözləşmə imzalamışdı.