Futbol üzrə dünya çempionatında Misir Yeni Zelandiya millisinə qalib gəlib.

“BC Place” stadionunda keçirilən G qrupunun II turunun matçında afrikalılar 3:1 hesablı qələbəyə seviniblər.

Hesabı Yeni Zelandiya yığmasından Finn Serman (15) açıb. İkinci hissədə geri dönüş edən misirlilər Mustafa Ziko (58), Məhəmməd Salah (67) və Trezeqenin (83) qolları ilə 3 xalı qazanıblar.

Bu, Misir seçməsinin mundiallarda ilk qələbəsi kimi tarixə düşüb. Komanda ilk dəfə 1934-cü il dünya çempionatında iştirak edib və həmin vaxtdan bu yana heç vaxt qələbəsi olmayıb.

Qeyd edək ki, DÇ-2026-da G qrupunun digər matçında Belçika İranla qolsuz (0:0) bərabərə qalıb.