Azərbaycanda keçiriləcək III MDB Oyunlarında iştirakını təsdiqləyən ölkələrin sayı bir qədər də artıb. Türkiyə və Küveyt milli komandaları da bu beynəlxalq turnirdə iştirak edəcəklər. Bildirəkk ki, daha əvvəl ev sahibi Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan, Tacikistan və Türkmənistan da yarışda iştirakını təsdiqləyib.

Hazırda oyunlarda iştirak üçün nümayəndə heyətlərinin qeydiyyat prosesi davam edir. Bu günə qədər 23 idman növü üzrə 1605 idmançı qeydiyyatdan keçib. Ümumilikdə təsdiq edilən nümayəndə heyəti üzvlərinin sayı 2330 nəfərdir.

Qeyd edək ki, III MDB oyunları 2025-ci ilin 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Turnirə ümumilikdə təxminən 5500 iştirakçının gəlməsi gözlənilir.