Futbol üzrə dünya çempionatında Belçika İranla qarşılaşıb.

Los-Anceles stadionunda keçirilən G qrupunun II turunun matçında hesab açılmayıb – 0:0.

Avropalılar qarşılaşmanı 10 nəfərlə başa vurublar. Natan Nqoy 66-cı dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.

Qeyd edək ki, bu qrupun digər oyununda saat 05:00-da Yeni Zelandiya Misir ilə qarşılaşacaq.