“Qarabağ” futbolçusu Bədavi Hüseynovla müqavilə müddətini uzadıb.
Azərbaycan millisinin üzvü 2027-ci ilin yayına qədər Ağdam klubunda çıxış edəcək.
Qeyd edək ki, Hüseynov 2012-ci ildən “Qarabağ”ın formasını geyinir. O, Premyer Liqada 267 oyunda 5 qol vurub. O, “Qarabağ”la 11 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub. Bədavi millidə 82 matçda 1 qol vurub.

















