“Neftçi” Qustavo Klismanın transferini rəsmiləşdirib. Paytaxt klubu 26 yaşlım braziliyalı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalayıb.
Karyerasının böyük hissəsini Portuqaliyada keçirən Klisman 2025-ci ildə icarə əsasında Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edib.
Son klubu “Santa Klara” olan futbolçu Portuqaliya təmsilçisinin heyətində 74 oyuna çıxıb, 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb 📊Braziliyalı yarımmüdafiəçi “Neftçi”də 20 nömrəli formanı geyinəcək.


















