İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. I etapda Uelsin TNS kollektivi ilə üzləşəcək təmsilçimiz “Sabah” da mümkün rəqibini öyrənib.
“Bayquşlar” ilk dueldən qalib ayrılarsa, növbəti raundda “Vardar” (Şimali Makedoniya) – “Kups” (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları 17 iyulda, cavab matçları 21-22 iyulda baş tutacaq.


















