“Araz-Naxçıvan”ın yeni baş məşqçisi bəlli olub.

Muxtar Respublika təmsilçisini Cavid Hüseynov çalışdıracaq. Mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Futbolçu kimi müxtəlif illərdə “Turan”, MOİK, “Olimpik”, “İnter”, “Neftçi”, “Bakı”, “Qəbələ”, “Zirə”, Türkiyənin “Adana Dəmirspor” klublarının, həmçinin Azərbaycanın U-19, U-21, əsas millisinin formasını geyinmiş Hüseynov buna kimi “Şamaxı” və “Səbail”ə rəhbərlik edib.