“Zirə” Rəşad Sadıqovun baş məşqçiliyi dövründə 200-cü oyununu keçirib. Bu yubiley Misli Premyer Liqasının II turunda “Qəbələ”yə qarşı 2:1 hesablı qələbə ilə başa çatan görüşə təsadüf edib. 2020-ci ilin yayından “qartallar”a rəhbərlik edən Sadıqovun baş məşqçiliyi dövründə qəsəbə klubu Premyer Liqada 166, Azərbaycan kubokunda 22, avrokuboklarda 12 matç keçirib. 43 yaşlı mütəxəssisin komandası bu qarşılaşmalarda 91 qələbə qazanıb, 57 heç-heçə edib və 52 dəfə meydandan xalsız ayrılıb. Onun yetirmələri 251 qol vurub, 188-ni buraxıblar.
















