ABŞ-nin Mayami şəhərində FIFA İcraedici Futbol Sammiti keçirilir.

Dünya Çempionatı–2026 çərçivəsində təşkil olunan tədbirdə AFFA-nı baş katib Cahangir Fərəcullayev təmsil edir.

Tədbir zamanı gənc futbolçuların inkişafı və strategiyaya həsr olunmuş rəsmi sessiyalar baş tutub. Eləcə də, gələcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.