Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə şəhərində Beynəlxalq Şahmat Festivalına start verilib. 71 ölkənin təmsil olunduğu turnirin əsas etapında azərbaycanlı zəka ustaları Aydın Süleymanlı və Məhəmməd Muradlı da iştirak edəcək. Festivalın “Masters” bölümündə isə Read Səmədov, Xaqan Əhməd, Şiroğlan Talıbov, Süleyman Süleymanlı, Rəvan Uğuzov mübarizə aparacaq. “Open” yarışında isə Lalə Hüseynova, Məhəmməd Bağırov, Emil Mehrəliyev, Yaşar Şirinov çıxış edəcək. Qeyd edək ki, ümumi mükafat fondu 125 min ABŞ dolları olan festival sentyabrın 1-də yekunlaşacaq.














