“Mercedes” komandasının britaniyalı pilotu Corc Rassel “Formula 1” üzrə dünya çempionatının yeddinci mərhələsi – Barselona-Kataloniya Qran-prisinin seçmə mərhələsinin qalibi olub.
İkinci yeri britaniyalı Lüis Hemilton (“Ferrari”), üçüncü yeri isə “Mercedes”in italiyalı pilotu Andreas Kimi Antonelli tutub.
Mərhələnin əsas yarışı iyunun 14-də, Bakı vaxtı ilə saat 17:00-a planlaşdırılıb.














