Azərbaycanın 8 şahmatçısı İtaliyanın Montesilvano şəhərində yeniyetmələr arasında dünya çempionatında iştirak edəcək.
Azərbaycan mötəbər turnirə məşqçi Fərid Abbasovun rəhbərliyi altında Xaqan Əhməd, Tunar Davudov, Fərid Orucov, Paşam Əlizadə, Şəmsi Qaraxanov, Nərmin Abdinova, Lalə Hüseynova və Zəhra Allahverdidən ibarət heyətlə yollanıb.
14,16 və 18 yaş kateqoriyasında təşkil olunacaq yarışda 86 ölkə təmsil olunacaq. İlk turun partiyaları sabah oynanılacaq.
Qeyd edək ki, dünya çempionatı iyunun 26-da yekunlaşacaq.














