Futbol üzrə dünya çempionatında ABŞ Paraqvay millisinə qalib gəlib.

Los Anceles stadionunda keçirilən D qrupunun matçında ev sahibləri 4:1 hesablı qələbəyə seviniblər.

Amerikalıların qollarını Damyan Bobadilya (7-öz qapısına), Folarin Baloqan (31;45+5) və Covanni Reyna (90+8) vurublar. Paraqvayın heyətində isə Maurisio (73) dəqiq zərbə müəllifi olub.

Qeyd edək ki, bu qrupun digər oyunu iyunun 14-də, saat 08:00-da Avstraliya və Türkiyə yığmaları arasında keçiriləcək.