Azərbaycanın qadın və kişilərdən ibarət voleybol milliləri Avropa Liqasında növbəti oyunlarını bu gün keçirəcəklər.
Qadınlardan ibarət komanda Şimali Makedoniya ilə üz-üzə gələcək.
İspaniyada təşkil olunacaq qarşılaşma Bakı vaxtı saat 20:30-da start götürəcək. Faiq Qarayevin rəhbərlik etdiyi Azərbaycan millisi 3 xalla 11-ci, xalı olmayan Şimali Makedoniya 23-cü pillədə qərarlaşıb.
Kişilərdən ibarət kollektiv isə İspaniya ilə münasibətlərə aydınlıq gətirəcək. Oyun Rumıniyada, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. İspanlar 6 xalla 8-ci, əvvəlki matçlarda uduzan Boris Qrebennikovun baş məşqçisi olduğu Azərbaycan yığması 24-cü yerdədir.














