AFFA-nın dəstəyi və Azərbaycan Həvəskarlar Futbol Federasiyasının təşkilatçılığı ilə həvəskar futbolçular arasında keçirilən XXVI Azərbaycan birinciliyi başa çatıb. Bakı, Sumqayıt və müxtəlif rayonlardan ümumilikdə 43 komandanın qatıldığı çempionatının final oyununda “Marafon” və “Məhəllə Uşaqları” komandaları üz-üzə gəliblər. Turnirin qalibi rəqibini 4:0 hesabı ilə məğlub edən “Marafon” olub. III yer uğrunda görüşdə “Naftalan Gəncləri” üzərində 4:2 üstələyən “Tərtər” bürünc mükafata yiyələnib.















