“Karvan-Yevlax” üç futbolçusu ilə yollarını ayırıb.

Yevlax təmsilçisi İmani Barker, Olavale Doyeni və Moise Nqvisani ilə vidalaşıb.

Fransalı futbolçu Barkerin icarə müqaviləsi başa çatıb, Doyeni və Nqvisani ilə isə müddəti bitən anlaşmalar yenilənməyib.

Qeyd edək ki, Barker “Karvan-Yevlax”ın heyətində 24 oyuna çıxıb və 2 qol vurub.