“Fiorentina” Fabio Qrossonu komandanın baş məşqçisi təyin edib.

Qeyd olunur ki, mütəxəssislə müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

“Biz Fabio Qrossonu “Fiorentina”da salamlamaqdan çox şadıq. Fabio təkcə dünya çempionu deyil, o, komandalara rəhbərlik etmək və mühüm tapşırıqların öhdəsindən gəlmək bacarığını nümayiş etdirərək, gərgin əmək, ideyalar və nəticələrlə öz yolunu açan bir məşqçidir. Çətin bir mövsümdən sonra biz enerji, ambisiyalar və məsuliyyətlə yeni bir səhifə açmaq istəyirik”, – klubun prezidenti Cüzeppe Komisso bildirib.

Qeyd edək ki, ötən mövsümün yekunlarına əsasən “Fiorentina” İtaliya A Seriyasının turnir cədvəlində 15-ci yeri tutub.