Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev, federasiya rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, şəhid ailələri iştirak ediblər.

Rəsmi çıxışlardan sonra Dövlət Himni səsləndirilib. Ardınca bədii hissə və çempionatın iştirakçılarının paradı baş tutub.

Qeyd edək ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Polşa, Çili, Uruqvay, Küveyt, Niger və Nigeriya millilərinin mübarizə apardığı və “CBC Sport”la canlı yayımlanan yarış iyunun 13-də yekunlaşacaq.