Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda 1/4 final oyununu keçirib.
Ratomir Deliçin baş məşqçi olduğu kollektiv 1/4 finalda Almaniya ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan komandasının 18:16 hesablı qələbəsi ilə başa çatıb.
Komanda növbəti mərhələdə Fransanı mübarizədən kənarlaşdıran ABŞ ilə üz-üzə gələcək. Qeyd edək ki, yarımfinal və final qarşılaşmaları iyunun 7-də baş tutacaq.














