Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəyə başlayıb.
Boris Qrebennikovun baş məşqçisi olduğu kollektiv İsveçdə Yunanıstan yığması ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 3:0 (20:25, 22:25, 7:25) hesablı qələbəsi ilə yekunlaşıb.
Milli növbəti matçını sabah ev sahibi İsveçə qarşı keçirəcək.














