Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa Liqasında ilk gõrüşünü keçirib.

Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv İsveç yığmasına üzləşib. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində bu gün keçirilən görüş rəqibin 3:0 (25:19, 25:14, 25:23) hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, milli növbəti matçını iyunun 7-də Estoniyaya qarşı keçirəcək.