Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq matçı keçirəcək.

Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Malta ilə qarşılaşacaq.

Görüş Macarıstanın Sombatxey şəhərindəki “Haladaş” stadionunda, saat 22:00-da start götürəcək. Oyunu macarıstanlı baş hakim Mixail Kaprali idarə edəcək.