“Liverpul”un yeni baş məşqçisi rəsmən bəlli olub.

Mersisayd klubu Andoni İraolanın 2026/2027 mövsümündən komandanı çalışdıracağını açıqlayıb. 43 yaşlı ispaniyalı mütəxəssis “Enfild”də Arne Slotu əvəzləyəcək.

İraola “Bornmut”dakı işi ilə diqqət çəkmiş, komandanı Premyer Liqada 6-cı pilləyə və tarixində ilk dəfə avrokuboklara daşımışdı.