“Turan Tovuz” bəyanat yayaraq UEFA-nın 2026/2027-ci illər mövsümündə klubun avrokuboklarda iştirakına qadağa qoyduğunu açıqlayıb.

Qərar AFFA İntizam Komitəsinin 2019-cu il 13 dekabr tarixli qərarı əsas götürülərək qəbul edilib. Tovuzlular mövsümü Misli Premyer Liqasında 3-cü pillədə başa vuraraq Konfrans Liqasına vəsiqə qazandığını vurğulayıb və qərarın dəyişdirilməsi üçün İdman Arbitraj Məhkəməsinə müraciət edəcəyini bildirib. Qərb təmsilçisinin açıqlamasında qeyd edilib ki, komandanın avrokuboklara hazırlıq planında dəyişiklik yoxdur və heyət bu ay Türkiyədə təlim-məşq toplanışına yollanacaq.

Qeyd edək ki, “Turan Tovuz”un əvəzinə Azərbaycanı UEFA Konfrans Liqasında Misli Premyer Liqasında mövsümün 5-ci yerdə tamamlayan “Zirə” təmsil edəcək. Bu halda “Neftçi” sözügedən turnirdə mübarizəyə II, “Zirə” isə I təsnifat mərhələsindən başlayacaq.