“Real Madrid” Denzel Dumfrislə ortaq məxrəcə gəlib. İnsayder Fabritsio Romanonun bildirdiyinə görə İspaniya təmsilçisi niderlandlı futbolçu üçün İtaliya “İnter”inə 20 milyon avro ödəyəcək.

Klub müdafiəçi ilə müqavilənin demək olar bütün detallarını razılaşdırıb. Yaxın zamanda onunla rəsmi müqavilə imzalanacağı gözlənilir.

2021-ci ildən “İnter”in şərəfini qoruyan Dumfris iki dəfə İtaliya çempionu, 3 dəfə kubok, 2 dəfə superkubokun qalibi olub. Həmçinin iki dəfə də UEFA Çempionlar Liqasının finalına çıxıb.