Batumi şəhərində keçirilən Avropa çempionatının 8-ci turunda təmsilçilərimiz növbəti görüşlərini keçiriblər. Zəka sahiblərimizdən 5-i qələbə qazanıb.

Azərbaycan duelində Səbinə İbrahimova Günay Məmmədzadədən güclü olub. Ülviyyə Fətəliyeva polşalı Monika Soçkoya qalib gəlib. Mələk İsmayıl, həmçinin Türkan və Zeynəb Məmmədyarova bacıları da qələbə qazanıblar. Gövhər Beydullayeva heç-heçə etdiyi halda Gülnar Məmmədova, Nərmin Abdinova, Məryəm Ağaverdiyeva və Lalə Hüseynova məğlubiyyətlə barışmalı olub.

Hazırda təmsilçilərimiz arasında ən yüksək nəticə 6 xal toplayaraq 4-cü pillədə qərarlaşan Ülviyyə Fətəliyevaya məxsusdur. O turnir cədvəlinin lideri olan ispaniyalı Sabrina Veqa Qutyerresdən 1 xal geri qalır. Beydullayeva, İbrahimova və İsmayıl 5, Türkan Məmmədyarova 4 xal yarım, Məmmədzadə, Məmmədova və Zeynəb Məmmədyarova 4, Abdinova və Hüseynova 3 xal yarım, Ağaverdiyeva 3 xal toplayıb.

166 şahmatçının iştirak etdiyi Avropa çempionatına iyunun 5-də yekun vurulacaq.