Türkiyə millisinin dünya çempionatı üçün yekun heyəti açıqlanıb. Baş məşqçi Vinçentso Montellanın 26 nəfərlik siyahısı aşağıdakı kimidir:

Qapıçılar: Uğurcan Çakır (“Qalatasaray”), Altay Bayındır (“Mançester Yunayted”, İngiltərə), Mert Günok (“Fənərbağça”)

Müdafiəçilər: Merih Demiral (“Əl-Əhli”), Abdülkerim Bardakcı, Eren Elmalı ( hər ikisi “Qalatasaray”), Mert Müldür, Çağlar Söyüncü (hər ikisi “Fənərbağça”), Ferdi Kadıoğlu (“Brayton”, İngiltərə), Ozan Kabak (“Hoffenhaym”, Almaniya), Samet Akaydin (“Rizespor”), Zeki Çelik (“Roma”, İtaliya)

Yarımmüdafiəçilər: İsmail Yüksek (“Fənərbağça”), Hakan Çalhanoğlu (“İnter”, İtaliya), Kaan Ayhan (“Qalatasaray”), Orkun Kökçü (“Beşiktaş”), Salih Özcan (“Borussiya”, Dortmund/Almaniya)

Hücumçular: Arda Güler (“Real”, İspaniya), Barış Alper Yılmaz, Yunus Akgün (hər ikisi “Qalatasaray”), Can Uzun (“Ayntraxt”, Almaniya), Deniz Gül (“Portu”, Portuqaliya), İrfan Can Kahveci, Oğuz Aydın, Kerem Aktürkoğlu (hamısı “Fənərbağça”), Kenan Yıldız (“Yuventus”, İtaliya)

Qeyd edək ki, Türkiyə millisi D qrupunda ABŞ, Avstraliya və Paraqva ilə mübarizə aparacaq.