Slovakiyanın paytaxtı Bratislavada təşkil edilən minifutbol üzrə Avropa çempionatı davam edir. Qitə yarışında iştirak edən Azərbaycan millisi 1/8 final mərhələsi çərçivəsində Qazaxıstanla qarşılaşıb.
Gərgin kçeən matçda millimiz 3:2 hesablı qələbə qazanıb. Son 3 qitə yarışında yarımfinal oynamış Qazaxıstan isə turnirlə vidalaşmalı olub.
Seçməmiz bu gün 1/4 final mərhələsi çərçivəsində Çexiya ilə üz-üzə gələcək.

















