“Lill”in yeni baş məşqçisinin adına aydınlıq gəlib. Klub Davide Ançelotti ilə anlaşıb.
36 yaşlı çalışdırıcı ilə iki illik müqavilə imzalanıb. O, son illərdə “Bayern Münhen”, “Napoli”, “Everton”, “Real Madrid” və Braziliya millisində atası Karlo Ançelottinin köməkçisi kimi fəaliyyət göstərib. 2025-ci ildə Braziliya təmsilçisi “Botafoqo”nun baş məşqçisi təyin edilən Davide burada cəmi 5 ay işləyə bilib.
Qeyd edək ki, “Lill” ötən mövsüm Fransa Liqa 1-də 3-cü pilləni tutub və UEFA Çempionlar liqasının əsas mərhələsinə vəsiqə qazanıb. Çempionat yekunlaşdıqdan sonra 2024-cü ildən komandanın sükanı arxasında olan Bruno Jenezio klubdan ayrıldığını açıqlayıb.














