İngiltərə futbolunun ən uzunömürlü simalarından biri olan Ceyms Milner 40 yaşında peşəkar karyerasını başa vurduğunu açıqlayıb.
Təcrübəli yarımmüdafiəçi Premyer Liqada 658 oyun keçirərək turnir tarixində ən çox matça çıxan futbolçu kimi rekorda imza atıb.
Karyerası ərzində “Lids”, “Nyukasl”, “Aston Villa”, “Mançester Siti”, “Liverpul” və “Brayton” forması geyinən Milner 3 dəfə İngiltərə çempionu olub, 2019-cu ildə isə “Liverpul”la UEFA Çempionlar Liqasını qazanıb.














