Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə milli komandaların Təlim-Məşq Mərkəzində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib. İmtahanda 190 idmançı iştirak edib. Onlar müvafiq yaş uyğunluğuna əsasən, ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə imtahan verib. Sınaqdan uğurla keçən cüdoçulara müvafiq kəmər və sertifikat təqdim edilib.