Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatına qələbə ilə start verib.

Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupundakı ilk oyununda Avstriya yığması ilə üz-üzə gəlib.

“Tipos Arena”da keçirilən matç Azərbaycan komandasının qalibiyyəti ilə bitib – 1:0.

İsa Atayev 36-cı dəqiqədə fərqlənib.

Xatırladaq ki, Azərbaycan millisi mayın 29-da İtaliya, 30-da isə Fransa ilə münasibətlərə aydınlıq gətirəcək.