Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bu gün mübarizəyə başlayacaq.

Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupundakı ilk oyununda Avstriya yığması ilə üz-üzə gələcək.

Matç “Tipos Arena”da, Bakı vaxtı ilə saat 15:30-da start götürəcək.

Xatırladaq ki, Azərbaycan millisi mayın 29-da İtaliya, 30-da isə Fransa ilə münasibətlərə aydınlıq gətirəcək.