Misli Premyer Liqasında II turun daha bir oyunu keçirilib. “Kəpəz” Qəbələ şəhər stadionunda nominal ev sahibi kimi debütant “Karvan-Yevlax”la qarşılaşıb. Görüş Aran təmsilçisinin 3-2 hesablı qalibiyyəti ilə başa çatıb. Bu, “Karvan-Yevlax” üçün elitada ilk qalibiyyət olub. Gəncəlilər isə ardıcıl ikinci oyunda uduzublar. II tur sabah baş tutacaq “Şamaxı” – “Sabah” və “Turan Tovuz” – “Araz-Naxçıvan” matçları ilə davam edəcək. Saat 17:00 və 19:30 start götürəcək oyunlar “CBC Sport”la canlı yayımlanacaq.