“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.

Paytaxt klubu sol cinah müdafiəçisi Rüfət Abbasovla 3 illik müqavilə imzalayıb.

O, “ağ-qaralar”ın heyətində 3 nömrəli formanı geyinəcək.

“Neftçi”nin yetirməsi olan Abbasov əsas komandaya 2021/2022 mövsümündə cəlb edilib, iki rəsmi oyun keçirib.

Son iki mövsümdə “Şamaxı” klubunun formasını geyinmiş oyunçu U-21 milli komandasında 17 matçda meydana çıxıb və əsas milli komandaya da dəvət olunub.