Futbol üzrə dünya çempionatının kuboku Kanadanın Toronto şəhərinin meriyasının yerləşdiyi meydanda ictimaiyyətə təqdim edilib.

Kuboku ictimaiyyətə 2006-cı ildə keçirilmiş dünya çempionatının qalibi, İtaliya milli komandasının keçmiş müdafiəçisi Alessandro Nesta təqdim edib.

Toronto meri Oliviya Çou bildirib ki, futbol insanları dil, mənşə və ya idman seçimindən asılı olmayaraq birləşdirir. O bildirib ki, bu, dünyanın ən çoxmədəniyyətli şəhərlərindən biri olan Torontonun xarakterini əks etdirir.

Qeyd olunur ki, Toronto 2026-cı il dünya çempionatının 6 oyununa ev sahibliyi edəcək. Şəhər həmçinin turnirin gənclərin futbola marağını artıracağına və idman infrastrukturunun inkişafına uzunmüddətli töhfə verəcəyinə ümid edir.