“Şamaxı” futbol komandası yeni baş məşqçi ilə bağlı yerli və əcnəbi bölgüsü etmir.
Bu barədə bölgə təmsilçisinin baş meneceri Kamran İsmayılov bildirib.
O, Ayxan Abbasovla vidalaşdıqdan sonra baş məşqçi axtardıqlarını söyləyib:
“Hazırda bu işlə məşğuluq. Sözsüz ki, imkanlarımıza uyğun, hədəflərimizlə razılaşacaq birini axtarırıq. Amma yerli və ya əcnəbi bölgüsü etmirik. Konkret olaraq bir istiqamət yoxdur. Hər ikisi ola bilər. Təki yaxşı baş məşqçi olsun. Bizim hədəflərimizlə razılaşsın və birlikdə yola çıxaq. Kimlə razılaşa bilsək, onunla da yola davam edəcəyik”.
Xatırladaq ki, Ayxan Abbasov 2024-cü ildən “Şamaxı”nın baş məşqçisi idi.


















