Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “Qarabağ”ın I təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Sözügedən etapda ümumilikdə 12 komanda mübarizə aparacaq. Bu komandalar püşkatmada reytinqlərinə əsasən iki səbətə bölünəcək. “Qarabağ”, həmçinin “Ferentsvaroş” (Macarıstan), “Dinamo Kiyev” (Ukrayna), “Hayduk” (Xorvatiya), “ÇSKA Sofiya” (Bolqarıstan) və “Şerif” (Moldova) səpələnmişlər sırasında olacaq.

Onların mümkün rəqibləri isə səpələnməmişlər səbətində yer alan “Jilina” (Slovakiya), “Voyvodina” (Serbiya), “Universtatya” (Kluj, Rumıniya), “Aluminiy” (Sloveniya), “Derri Siti” (İrlandiya), “Vestri” (İslandiya) kollektivləridir.

Qeyd edək ki, I təsnifat mərhələsinin püşkü iyunun 16-da atılacaq. Etapın oyunları iyulun 9-da və 16-da keçiriləcək .