Futbol üzrə İngiltərə millisinin bu il keçiriləcək dünya çempionatı üçün heyəti bəlli olub. “Şirlər”in baş məşqçisi Tomas Tuxel mundiala bu futbolçuları çağırıb:
Qapıçılar: Cordan Pikford, Din Henderson, Ceyms Trafford
Müdafiəçilər: Ezri Konsa, Con Stounz, Mark Qehi, Den Bern, Carell Kuansa, Tino Livramento, Niko O’Rayli, Ced Spens, Ris Ceyms
Yarımmüdafiəçilər: Deklan Rays, Elliot Anderson, Kobbi Maynu, Cordan Henderson, Morqan Rocers, Cud Bellingem, Ebereçi Eze
Hücumçular: Harri Keyn, Ayven Toni, Olli Uotkins, Bukayo Saka, Noni Madueke, Markus Reşford, Entoni Qordon
Maraqlıdır ki, Tuxel Harri Maquayr (“Mançester Yunayted”), Trent Aleksandr-Arnold (“Real”, İspaniya), Fil Foden (“Mançester Siti”) və Koul Palmer (“Çelsi”), habelə Morqan Qibbs-Uayt (“Nottinqem Forest” kimi oyunçulara dəvət göndərməyib.
Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında İngiltərə millisi L qrupunda Xorvatiya, Panama və Qana ilə mübarizə aparacaq.













