“Aston Villa”nın üzvü Ceydon Sanço Birmingem klubunun heyətində UEFA Avropa Liqasının finalında meydana çıxaraq unikal rekorda imza atıb.

26 yaşlı ingiltərəli hücumçu tarixdə ardıcıl 3 mövsüm 3 müxtəlif klubla fərqli qitəmiqyaslı turnirlərin finalında oynayan ilk futbolçu olub. Maraqlıdır ki, “Mançester Yunayted”ə məxsus Sanço hər üç komandada icarə əsasında çıxış edib.

Sanço 2023/2024 mövsümündə “Borussiya Dortmund” forması ilə UEFA Çempionlar Liqasının finalına yüksəlib və həlledici matçda “Real Madrid”ə uduzub.

2024/2025 mövsümündə Ceydon “Çelsi” ilə UEFA Konfrans Liqasının qalibi adını qazanıb.

Cari mövsüm isə o, “Aston Villa”nın heyətində qitənin ikinci dərəcəli klub turnirinin qalibi olub.