ABŞ-nin “Kolumbus Kryu” klubunda çıxış edən azərbaycanlı futbolçu Nəriman Axundzadə komandasının heyətində ilk məhsuldar ötürməsinə imza atıb.
“ABŞ Açıq” kubokunun ¼ finalında “Nyu York Siti” ilə qarşılaşan Ohayo təmsilçisi görüşdə minimal hesablı qələbəyə sevinib və növbəti etapa adlayıb. Oyunda yeganə qolu 59-cu dəqiqədə Maksimilian Arfsten vurub. Qolun assistini isə Nəriman Axundzadə edib.
“Kolambus Kryu” yarımfinalda “Orlando Siti” ilə üzləşəcək.
















