Gürcüstanda qadın şahmatçılar arasında keçiriləcək şəxsi Avropa çempionatında Azərbaycan 12 zəka ustası ilə təmsil olunacaq.
Belə ki, Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Ayan Allahverdiyeva, Türkan Məmmədyarova, Səbinə İbrahimova, Zeynəb Məmmədyarova, Məryəm Ağaverdiyeva, Mələk İsmayıl, Lalə Hüseynova və Nərmin Abdinova Batumi şəhərində təşkil edilən turnirdə iştirak edəcək.
Xatırladaq ki, mayın 24-də start götürəcək və iyunun 6-dək davam edəcək Avropa çempionatı 11 turdan ibarət olacaq. Yarışın mükafat fondu 60 min avrodur.














