“Kəpəz”in futbolçusu Raul İsaqov Misli Premyer Liqasının 2025/2026 mövsümündə meydana çıxan ən gənc futbolçu olub.
Hücumçu bu nəticəyə XXXII turun “Araz-Naxçıvan”la səfər qarşılaşmasının 81-ci dəqiqəsində meydana çıxaraq imza atıb. O, Premyer Liqada 16 yaş 162 günlüyündə debüt edib.
Qeyd edək ki, “Kəpəz” səfər matçında 0:2 hesabı ilə uduzub.

















