İngiltərə Premyer Liqasında XXXVII turun oyunları keçirilir.
Lider “Arsenal” doğma “Emreyts”də artıq aşağı liqaya düşəcəyi təsdiqlənən “Börnli”ni qəbul edib. Görüşdə yalnız bir qol vurulub. 37-ci dəqiqədə künc zərbəsindən sonra Kay Haverts “topçular”ın qələbə qolunu vurub. Bununla London klubu çempionatda qələbə seriyasını 4-ə çatdırıb.
Xalını 82-yə çatdıran “Arsenal” çempionluğa bir qədər də yaxınlaşıb. Bu gün 77 xalla ikinci yeri tutan “Mançester Siti” səfərdə “Bornmut”la qarşılaşacaq. “Şəhərlilər” xal itirəcəyi təqdirdə “Arsenal” 22 il sonra İngiltərə Premyer Liqasının qalibi olacaq.














